İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər 12 min il əvvəl nəsli kəsilmiş dəhşətli canavarları "DİRİLTDİ"

Amerikanın "Colossal Biosciences" şirkəti 12 min il əvvəl nəslinin kəsildiyi hesab edilən dəhşətli canavarlar (dire wolves) növünü uğurla diriltməyə müvəffəq olub.

Musavat.com xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu qədim yırtıcıların yenidən canlandırılması olduqca mürəkkəb bir proses olub. "Colossal Biosciences" şirkətinin mütəxəssisləri ABŞ-dakı müxtəlif muzeylərlə əməkdaşlıq edərək, nəsli kəsilmiş heyvanlara aid DNT nümunələri axtarıblar. Nəticədə, Aydaho ştatında 72 min illik bir kəllə və Ohayo ştatında 13 min illik bir diş tapılıb.

Şirkətin əməkdaşı, doktor Bet Şapiro, diriltmə metodikasını belə izah edib: alimlər boz canavardan alınan hüceyrələri istifadə edərək 20 genetik düzəliş aparıblar. Dəyişikliklər əsasən dəhşətli canavarların xarakterik xüsusiyyətlərinə — böyük ölçü, güclü əzələ quruluşu və ağ rəngli tüklərə yönəldilib.

Modifikasiya edilmiş hüceyrələr ev itlərindən götürülmüş yumurtalara yerləşdirilib. Daha sonra ev itlərindən surroqat ana kimi istifadə edərək, üç balanın doğulmasına (Romul, Rem və Xalisi) nail olunub.

Heyvanların qorunması üçün onların yerləşdiyi yer gizli saxlanılır.

"Colossal Biosciences" eyni zamanda mamontu və Tasmaniya pələngini də "geri qaytarmaq" üzərində işləyir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR