İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Hassanın Avropa arzusu - Bakıda saxta Şengenə görə tutuldu

Pakistan vətəndaşı saxta Hindistan pasportu ilə Azərbaycana gəlib. Bir neçə gün Bakıda qaldıqdan sonra Türkiyəyə getmək istəyərkən hava limanında saxlanılıb.

Musavat.com xəbər verir ki, Pakistan vətəndaşı Ali Hassan Shabbir saxta pasportla Azərbaycana gəlib.

O, bir neçə gün Bakıda hotellərdən birində qalıb.

Ali Hassan işləmək üçün Avropa ölkələrindən birinə getmək istəyib. Bunun üçün Pakistanda olan zaman 4 min dollar verərək saxta pasport alıb. Həmin pasport Hindistan pasportu olub və hətta pasportuna Almaniyaya getmək üçün Şengen vizası da vurulubmuş.

Bakıda hoteldə qalan Ali Hassan hava limanından Türkiyəyə, oradan da Almaniyaya uçmağı planlaşdırıb. Yoxlanış zamanı onun pasportundakı Şengen vizasının tam saxta olduğu müəyyən edilib. Pasport əslinə çox bənzədiyi üçün onun da saxta olmasını müəyyən etmək asan olmayıb. Ali Hassanı ilk ələ verən isə Şengen vizasının saxta olması olub.

Ali Hassan ifadəsində deyib ki, Pakistan pasportu ilə Avropa ölkələrinə viza almaq mümkün olmadığı üçün Hindistan pasportu almağı qərarlaşdırıb.

Bu əməlinə görə məsuliyyətə cəlb edilən Ali Hassan 8 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzası başa çatdıqdan sonra Azərbaycandan məcburi şəkildə çıxarılacaq.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR