İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksey Navalnının nəşi anasına verildi

Aleksey Navalnının nəşi anasına verilib.

Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb.

Onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bu gün rusiyalı siyasətçinin həyat yoldaşı Yulia Navalnayanın ərinin nəşinin anasına verilməməsi ilə bağlı videoaçıqlaması yayılıb.

Qeyd edək ki, 47 yaşlı Rusiyalı müxalifətçi Aleksey Navalnı fevralın 16-da saxlanılıdığı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR