Onlayn ictimai-siyasi qəzet
Artıq 20 gündür ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının harada olduğu barədə etibarlı məlumat yoxdur.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyasətçinin yoxa çıxması fonunda onun taleyi təkcə Rusiyada deyil, ABŞ-da da maraq doğurur.
Bildirilir ki, yalnız Navalnının Vladimir vilayətindən başqa bölgəyə aparıldığı məlumdur. Ən çox yayılmış versiyaya görə, müxalifətçi xüsusi rejimli koloniyaya köçürülüb. Bununla belə, onun bir neçə günlük yoxluğu ilə bağlı başqa fərziyyələr də irəli sürülüb.
Navalnı sonuncu dəfə noyabrın 28-də əlaqə saxlayıb. Daha sonra o, Vladimir vilayətinin Melexovo şəhərindəki 6 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində olarkən, iddialarından biri üzrə məhkəmə iclasında onlayn formatda iştirak edib. Müxalifətçi bundan sonrakı iclaslarda iştirak etməyib. Əvvəlcə koloniya qəzadan sonra elektrik enerjisinin olmaması səbəbindən Navalnını videokonfransa qoşmağın mümkünsüzlüyünü əsas gətirib. Daha sonra penitensiar xidmətin nümayəndələri bildiriblər ki, müxalifətçi “cəzasını çəkmək üçün” koloniyanı tərk edib.
Dekabrın 21-də Navalnının Vladimir vilayət məhkəməsində şikayətinə baxılan zaman prosesdə iştirak etmək üçün onunla yenə də əlaqə qurulmayıb. Hakimin siyasətçinin hara getməsi ilə bağlı sualına cavab olaraq penitensiar xidmətin nümayəndəsi Artyom Krılov bildirib ki, “hazırda Aleksey Navalnının harada olması barədə məlumatlara malik deyil”.
Məhkəmə idarədən müxalifətçinin cəzasını harada çəkəcəyi ilə bağlı məlumat istəyib və iclası 11 yanvar 2024-cü il tarixinə təxirə salıb.
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ