Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan üçün genosid və qan tökülməsi ilə nəticələnmiş Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan ruhdan düşmək əvəzinə, ağlagəlməz və böyük bir iş həyata keçirdi.
Azərbaycan rəhbərliyinin bu addımları bütün tarix kitablarında öz əksini tapacaq”.
Bunu Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç “Caliber”in yutub kanalına verdiyi müsahibəsində danışıb.
“Azərbaycan rəhbərliyi, Azərbaycan xalqı qarşılarında dayanan tarixi məsələnin həlli - Azərbaycanın ürəyi olan Qarabağ bölgəsinin işğaldan azad edilməsi üçün hərtərəfli hazırlıq gördülər, ölkənin, silahlı qüvvələrin, cəmiyyətin inkişaf istiqamətləri, təminatı ilə bağlı dəyişikliklər etdilər. Və çox ağır döyüşlərdən keçdilər. Bir hərbçi kimi Azərbaycanın bu döyüş məharətinə heyranlıq duyuram. Bu, möhtəşəm, parlaq döyüş tədbirləri idi”, - deyə o qeyd edib.
Daha ətraflı videosüjetdə:
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ