Onlayn ictimai-siyasi qəzet
Noyabrın 29-u, saat 22:13 radələrində Türkiyənin Antalya bölgəsində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Antalya yaxınlığında olub və yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.
Musavat.com xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar İdarəsinin (AFAD) ilkin məlumatlarına görə, zəlzələ yerin 7-10 km dərinliyində baş verib. Təkanlar nəticəsində hazırda ciddi dağıntı və ya insan tələfatı barədə məlumat daxil olmayıb.
Zəlzələ sakinlər arasında qısa müddətli təşvişə səbəb olub. Antalya və ətrafındakı bölgələrdə yaşayan insanlar təhlükəsizlik tədbiri olaraq evlərini tərk ediblər.
Hadisə ilə bağlı araşdırmalar davam edir, müvafiq orqanlar bölgədə vəziyyəti nəzarətdə saxlayır. Zəlzələnin daha kiçik afterşoklarla müşayiət olunması ehtimalı var.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ