Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Vanadzor şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində iki nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində yaralanan şəxslər dərhal şəhər xəstəxanasına yerləşdirilib.
Partlayışın ardınca yaranan yanğını söndürmək üçün hadisə yerinə dörd xilasetmə briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi və hadisə ilə bağlı araşdırmalar davam edir.
Musavat.com
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ