İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuri Şahini Avropada dayandıra bilən yoxdur

Türkiyəli baş məşqçi Nuri Şahin Avropada adından söz etdirməyə davam edir.

Çempionlar Liqasında Zagreb "Dinamo"sunu darmadağın edən Şahin və tələbələri bu mövsüm sözügedən turnirin ən yaxşılarındandır. Komanda keçirdiyi 5-ci matçında 4-cü qələbəsini qazanaraq 4-cü pilləyə yüksəlib. Hazırda "Dortmund"un aktivində 12 xal var.

Liqanın növbəti turunda Şahini daha çətin sınaq gözləyir. "Dortmund" bu mövsüm əla forma yığan İspaniya nəhəngi "Barselona"nı evində qəbul edəcək. Həmin qarşılaşma futbol ekspertləri və azarkeşlər tərəfindən maraqla gözlənilir.

Komanda Almaniya bundesliqasında 11 turdan sonra 19 xalla 5-ci sırada qərarlaşıb.

Xatırladaq ki, Nuri Şahin daha əvvəl Türkiyənin "Antalyaspor" komandasının baş məşqçisi olub. Yetirməsi olduğu və futbolçu kimi çıxış etdiyi "Dortmund"a isə 2023-cü ilin dekabr ayında məşqçi təyin olunan Nuri 4 illik müqaviləyə imza atıb.

O, karyerası ərzində "Liverpul", "Real Madrid", "Verder Bremen", "Feyenord" kimi məşhur klubların da şərəfini qoruyub. Şahin Türkiyə yığmasında isə 52 oyun keçirib və 2 qolun müəllifi olub.//Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR