İnsanlara hürriyət, millətlərə istiqlal!

Etik davranış qaydalarını pozduğu üçün vəzifəsindən azad edilən müəllim işə qayıtmaq istəyir

Naxçıvan şəhər 1 nömrəli məktəbin keçmiş müəllimi Səriyyə Qənbərova işdən çıxaırldıqdan sonra məhkəməyə müraciət edib.

O, Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib.

Səriyyə Qənbərovanın iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Gülsüm Əliyeva iş üzrə hakim təyin edilib.

Səriyyə Qənbərova fiziki tərbiyə müəllimi olub. O, cari ilin sentyabrında sosial şəbəkələrdə işlədiyi məktəbdə hücuma məruz qaldığı barədə paylaşım etmişdi. Bir ay sonra isə buna görə işdən çıxarıldığını bildirmişdi.

Bundan sonra Naxçıvan Muxtar Respublikası (MR) Elm və Təhsil Nazirliyi isə onun işdən çıxarılmasını əmək intizamını pozması ilə əlaqələndirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb və tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib.//Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR