İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Suriyanın şimalına irəliləyir - Türkiyə müdaxilə edəcək?

Suriya: “Təhrir əş-Şam” Hələbə daxil oldu, SEPAH generalı öldürüldü

Musavat.com xəbər verir ki, Suriyada müxalif qruplaşma olan “Təhrir əş-Şam” cəmi 3 gün ərzində 56 yaşayış məntəqəsini ələ keçirərək, Hələb şəhərinə daxil olub. Ələ keçirilən ərazilər Suriyanın şimalında yerləşir və rejim qüvvələrinin nəzarətində idi.

SEPAH generalı öldürüldü

Bu irəliləyiş zamanı SEPAH generalı və İranın dəstəklədiyi milis qüvvələrinin komandanı Keyumərs Purhəşmi öldürülüb. Həmçinin, onlarla rejim əsgəri müxalif qüvvələr tərəfindən əsir götürülüb. Bu hadisələr Suriyadakı Əsəd rejiminə və İranın regional maraqlarına ciddi zərbə kimi qiymətləndirilir.

Əsəd rejiminin bombardmanları

Rejim qüvvələrinin yerdə mövcudluğunu təmin edə bilmədiyi ərazilərdə müxalifətə qarşı havadan bombardman əməliyyatlarını artırdığı bildirilir. Lakin bu hücumların müxalifətin irəliləməsinə təsir etmədiyi qeyd olunur.

Türkiyə hansı addımı atacaq?

Haber7-yə açıqlama verən Ədalət Strateji Araşdırmalar Mərkəzinin eksperti, istefada olan polkovnik İbrahim Keleş, müxalifətin əsas məqsədinin çadırlarda yaşayan suriyalı qaçqınların öz torpaqlarına qayıtmasını təmin etmək olduğunu vurğulayıb.

O, İsraillə PKK/YPG arasında inkişaf edən münasibətlərə diqqət çəkərək, Suriyanın şimalında İsrailin təsirinin artacağını və bu məqsədlə PKK-dan vasitə kimi istifadə olunacağını bildirib. Ekspert Hələbin və Tel-Rıfat bölgəsinin nəzarətinin əhəmiyyətini vurğulayıb və burada Türkiyənin mümkün hərbi əməliyyat ehtimalını qeyd edib.

Türkiyənin mövqeyi

Polkovnik Keleş, bölgədə qarşıdurmaların artması vəziyyətində Türkiyənin Tel-Rıfatda əməliyyat keçirə biləcəyini söyləyib. Lakin bunun Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu ilə birgə və yalnız ümumi təhlükəsizliyi təmin etmək məqsədilə baş verəcəyini qeyd edib.

Hadisələrin inkişafı bölgədəki geosiyasi vəziyyətin daha da mürəkkəbləşəcəyini göstərir. İsrail, İran, Türkiyə və digər maraqlı tərəflərin iştirak etdiyi proseslər Suriyanın gələcəyinə təsir edəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR