İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktauda qadınlar pedofillərə ağır cəza tələb edib - AKSİYA

Qazaxıstanın Aktau şəhərində beş yaşlı Yerkejanın başına gələn hadisədən sonra qadınlar toplaşaraq etiraz aksiyası keçiriblər.

Analar çimərlikdə “Uşaq həyatı üzərində cinsi zorakılığa görə – ölüm”, “Pedofillər həbsxanada saxlanmasın” sözləri yazılmış plakatlar tutaraq, “Uşaqların hüquqları qorunsun” şüarları səsləndiriblər. Onlar həmçinin uşaqlara qarşı cinsi zorakılıq halında ölüm cəzası tələb etdiklərini də gizlətməyiblər.

“Bu, pedofillərin ölüm cəzasına məruz qalması üçün təşkil edilən dinc etirazdır. Cinayət törətdiklərinə görə onlar ölüm hökmündən qorxmalıdırlar, daha qurbanların valideynlərinin hesabına həbsxanada yaşamalı deyillər. Mən iki qız anasıyam və onların gələcəyindən narahatam”, - deyə aksiya iştirakçısı bildirib.

Manqistau vilayətinin polis idarəsindən verilən məlumata görə, qadınlar üçün izahat işi aparılıb.

İnternetdə Sarıağac rayonunda kiçik qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin yerləşdiyi polis maşınına bir qrup şəxsin hücumu ilə bağlı video yayılıb.

Daha sonra qızın şokedici qətlinin təfərrüatları açıqlanıb.

Prezident Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə faciənin baş vermə şəraitinin hərtərəfli araşdırılmasını tapşırıb. Dövlət başçısı bu il çıxarılan hökmün qanuniliyinə yenidən baxılmasını və şəxsiyyət əleyhinə xüsusilə təhlükəli cinayətlərə görə cinayət məsuliyyətinin gücləndirilməsini vacib sayır.

Türküstan vilayətinin polis şöbəsi məlumat verib ki, Sarıağac rayonunun Jibek Jolı kəndində vəziyyət stabildir. Şübhəli “isti iz”də saxlanılaraq nəzarətə götürülüb.

Polisdən bildirilib ki, Sarıağac rayonunun Jibek Jolı kəndində beş yaşlı qızı vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR