İnsanlara hürriyət, millətlərə istiqlal!

AK Partiyaya keçəcəyi iddia edilən bələdiyyə başçısından Ərdoğana İLGİNC hədiyyə - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa ziyarəti zamanı AK Partiyaya keçəcəyi iddia edilən Böyükşəhər Bələdiyyə başçısı Mehmet Kasım Gülpınarı qəbul edib.

Musavat.com xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə Gülpınar prezident Ərdoğana "Allahdan başqa əzəli, əbədi bir varlıq və həqiqət yoxdur" yazılmış xətt tablosu hədiyyə edib.

Görüşlə bağlı bələdiyyənin sosial media hesabından verilən açıqlamada qeyd olunub:

"Şanlıurfa Böyükşəhər Bələdiyyə başçımız Mehmet Kasım Gülpınar bir sıra görüş və araşdırmalar aparmaq üçün bölgəmizə gələn prezidentimizi GAP Hava Limanında qarşıladı və Şanlıurfa Valiliyi ziyarətində onu müşayiət etdi. Başçı Gülpınar cənab prezidentimizə xüsusi xətt tablosu təqdim etdi. Şanlıurfa Böyükşəhər Bələdiyyəsi olaraq cənab prezidentimizi qədim şəhərimizdə qəbul etməkdən böyük qürur və xoşbəxtlik duyuruq. Xoş gəldiniz, cənab prezidentimiz!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR