Onlayn ictimai-siyasi qəzet
Məşhur klarnet virtuozu Hüsnü Şənləndirici martın 31-də keçiriləcək bələdiyyə seçkiləri üçün AK Partiyadan namizəd olub.
Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, o, yaşadığı Berqama rayonunda AK Partiyadan birinci məclis üzvü namizədi olaraq irəli sürülüb.
Qeyd edək ki, 2019-cu il bələdiyyə seçkilərində Berqamada seçkini qazanan AK Partiya parlamentdə 12 üzvlə təmsil olunur.
Belə ki, Hüsnü Şənləndirici martın 31-də seçiləcəyi təqdirdə Bələdiyyə Məclisi üzvü olacaq.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ