İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır!" - Qulu Məhərrəmlidən sərt reaksiya

“Ailə tərbiyəsi görməyən şou adamları efirə çıxarılmamalıdır".

Müsavat.com bildirir ki, bu barədə tanınmış tele-tənqidçi, professor Qulu Məhərrəmli sosial şəbəkədə qeyd edib.

Qulu Məhərrəmli ictimai əxlaqı zədələyən bu cür şəxslərin efirlərə çıxarılmasına qarşı olduğunu deyib:

“Təbii ki, şou-biznesdə də tamaşaçıya və özünə hörmət edən, rəğbətə layiq insanlar vardır, amma bunun əksi olanlar daha çoxdur. Biz məhz ictimai əxlaqı zədələyən o kəslərə qarşıyıq. Bu, birmənalı belədir və təəssüf ki, belə yanaşmaya görə bəzən bir para cahillər adama hücum da edir. Amma elə dəyərlər var ki onu hamımız qorumalıyıq”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR