İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiyaya dəstəyinə görə Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna müharibəsində Rusiyanı dəstəklədiyini əsas gətirərək, ticarət, müxtəlif xidmətlər, nəqliyyat sahələrində yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etmək və Belarusa qarşı mövcud sanksiyalardan yayınmağın qarşısını almaqla bağlı qərar qəbul edib.

APA xəbər verir ki, Aİ Şurası Ukrayna ilə müharibədə Rusiyaya dəstək verdiyinə görə Belarus iqtisadiyyatına qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etdiyini açıqlayıb.

Bəyanatda bildirilir ki, həm mülki, həm də hərbi (ikili təyinatlı) qabaqcıl məhsul və texnologiyaların ixracına qoyulan qadağa Belarusa da şamil edilib, habelə Belarusun sənaye potensialının inkişafına töhfə verə biləcək mallara əlavə ixrac məhdudiyyətləri tətbiq edilib.

Bəyanatda qeyd olunub ki, Belarusdan mineral məhsulların, o cümlədən qızıl, almaz, helium, kömür və xam neftin birbaşa və ya dolayı yolla idxalı, alınması və ya ötürülməsi qadağan edilib.

Bundan başqa Belarusa mühasibat uçotu, vergi konsultasiyası, biznes və idarəetmə məsləhətləri, ictimaiyyətlə əlaqələr, audit, memarlıq və mühəndislik xidmətlərinin göstərilməsi qadağandır.

Həmçinin Belarusda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri ilə məhsulların Aİ sərhədləri daxilində quru yolu ilə daşınması mümkün deyil.

Qeyd edək ki, ötən həftə Aİ Rusiyaya qarşı maye qazın təkrar ixracına qadağa da daxil olmaqla 14-cü sanksiya paketini qəbul edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR