İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ müşahidəçiləri bu dəfə Qubadlı istiqamətində - ANBAAN GÖRÜNTÜLƏR

Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası"nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

"Report"un əldə etdiyi görüntülər bunu deməyə əsas verir.

Məlumata görə, onlar fevralın 13-də Qubadlı ilə həmsərhəd zonada müşahidə aparıblar.

Avropalılar binoklla ətrafa və Azərbaycan ərazilərinə baxıç keçiriblər. Azərbaycanlı sərhədçiləri ənənəvi olaraq "müşahidə missiyası"nın hərəkətlərini nəzarətə götürüb və qeydə alıb.

Qeyd edək ki, Avropa İttifaqının "müşahidə missiyası" mütəmadi olaraq Azərbaycanla sərhədboyu müşahidələr aparır.

@@TVmusavat/108434@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR