Onlayn ictimai-siyasi qəzet
Ukraynada müharibə başlayandan sonra Qərb ölkələrinin sanksiyalarına məruz qalan onlarla rusiyalı milyarder məhkəmə yolu ilə sanksiyaların ləğvinə nail olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belələri Rusiya ilə bütün əlaqələrini kəsənlər, yaşayış yerini dəyişdirənlər, Rusiyada bizneslə məşğul olmadıqlarını sübut edənlərdir.
Məsələn, milyarder Dmitri Pumpyanski həyat yoldaşı Qalina və oğlu Aleksandrla birlikdə sanksiyalara etiraz edərək onlardan qurtulub. Yarış avtomobilinin sürücüsü Nikita Mazepin “Uralxim”in sahibi olan atasının biznesi ilə bağlı olmadığını sübut edə bilib. Söhbət Dmitri Mazepindən gedir.
Məhkəmə yolu ilə sanksiyaları dayandıranlar arasında Sibur-un keçmiş rəhbəri Dmitri Konov, Yevroxim-in keçmiş rəhbəri Vladimir Raşevski, AFK Sistema-nın keçmiş top meneceri Sergey Mndoyants, Ozon-un keçmiş rəhbəri Aleksandr Şulqin də var.
Bundan əlavə, rus iş adamlarının bəzi qohumları da uğur qazanıblar. Bunlar Oleq Deripaskanın əmisi oğlu Pavel Yezubov, Transneft rəhbərinin qızı Maya Tokareva, Vaqner PMC-nin mərhum təsisçisi Yevgeni Priqojinin anası Violetta Priqojinadır.
Bundan əlavə, 2023-cü ildə Yandex-in keçmiş rəhbəri, 2014-cü ildən İsraildə yaşayan və müharibə əleyhinə açıq bəyanatla çıxış edən Arkadi Voloj da “qara siyahı”dan çıxarılıb.
ESN qrupunun və RBC media holdinqinin sahibi Qriqori Berezkinə, Northgas-ın keçmiş şəriki Fərhad Əhmədov və milyarder Əlişir Usmanovun bacısı Saodat Nərziyevaya qarşı da məhdudiyyətlər götürülüb. Eyni zamanda Usmanov və onun digər bacısı Gülbahor İsmayılova sanksiyalar altındadır.
Qeyd olunur ki, Kanada da bəzi ruslara qarşı sanksiyaları ləğv edib. Beləliklə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl bankı və bir neçə aydan sonra Rusiyanı tərk edən Sberbank sədrinin keçmiş birinci müavini Lev Xasis, Sberbank-ın üç keçmiş top-menecerləri - Natalia Alymova, Aleksandra Buriko və Sergey Maltsev də sanksiyalardan azad ediliblər.
Musavat.com
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ