Onlayn ictimai-siyasi qəzet
Suriya kəşfiyyatı Əbu əl-Haris ləqəbi ilə tanınan İŞİD liderlərindən birini əl-İraqi həbs edib.
Musavat.com bu barədə SANA agentliyinə istinadən xəbər verir.
Məlumata görə, əl-İraqi terror aktlarının hazırlanmasına da cavabdeh olub.
Bundan əlavə, o, Dəməşqin cənubundakı şiə Seyyidə Zeynəb məscidində Suriyanın yeni hakimiyyət orqanlarının təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan partlayışın da təşkilatçılarından biri olub.
Musavat.com
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ