Onlayn ictimai-siyasi qəzet
Türkiyə idmanında qalmaqallı hadisələr səngimək bilmir.
Bu dəfə basketbol üzrə Türkiyə kubokunun yarımfinal görüşü gərgin anlara səhnə olub. Belə ki, "Fənərbaxça" - "Qalatasaray" oyununda birincilərin azarkeşləri meydançaya yad əşyalar atıblar.
Vəziyyətin arzuolunmaz olduğunu görən "Cim-Bom"un basketbolçuları meydançanı tərk ediblər. "Fənərbaxça"nın üzvləri dərhal fanatlara yaxınlaşaraq, onları sakitləşdiriblər. Yalnız bundan sonra meydançaya qayıdan "Qalatasaray" oyunu davam etdirib. Qarşılaşma "Fənərbaxça"nın 89:74 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qalatasaray"la bağlı daha bir qalmaqallı hadisə ötən həftə futbol üzrə Türkiyə çempionatında baş vermişdi. "Adana Dəmirspor" "aslanlar"la görüşdə hakim qərarlarına etiraz edərək, meydançanı yarımçıq tərk etmişdi. (Offsideplus.az)
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ