İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Şoltsla görüşdü - FOTOLAR

Ukrayna prezidenti Volodimir Zelenski Münhendə Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşüb.

Musavat.com xəbər verir ki, V.Zelenski bu barədə sosial media hesabında məlumat verib.

Zelenski bildirib ki, Ukrayna Almaniyanın işğalın əvvəlindən Ukraynaya dəstəyini, xüsusən də hava hücumundan müdafiəni gücləndirməkdə liderliyini yüksək qiymətləndiririr:

"Biz davamlı sülhün əldə edilməsi istiqamətində birgə addımlar, təhlükəsizlik təminatları və potensial sülh prosesində Avropanın rolu barədə əsaslı müzakirə apardıq. İstənilən razılaşmada Avropanın maraqlarını nəzərə alınmalıdır.

Mən də ona yaxın gələcəkdə Berlində Ukrayna Birlik Mərkəzinin açılmasına görə təşəkkür etdim.

Biz Avropanın möhkəmlənməsi istiqamətində əməkdaşlığımızı davam etdirməyə razılaşdıq", deyə Ukrayna başçısı qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR