Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrinin dövlət və hökumət başçılarını Ukrayna məsələsi ilə bağlı Parisdə görüşə dəvət edib.
Musavat.com xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Münxen Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib.
"Biz ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasətinə cavab verməliyik. Mən çox şadam ki, Fransa prezidenti Makron sabah (16 fevral - red.) bizim liderlərimizi Parisə dəvət edib. Mən onların buna çox ciddi yanaşacağını ümid edirəm", – deyə Sikorski bildirib.
Onun sözləri konfransın canlı yayımında sosial şəbəkələrdə də paylaşılıb. Diplomat bu açıqlamanı öz "X" səhifəsində də paylaşıb, lakin sonra həmin post silinib.
AFP agentliyinin məlumatına görə, Yelisey sarayı mümkün qeyri-rəsmi görüş üçün Avropa liderləri arasında "müzakirələr" keçirməyi planlaşdırdığını qeyd edib.
Lakin görüşün konkret tarixi açıqlanmayıb.
Musavat.com
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ