Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası son günlərdə aktivləşib və sərhədimizə gələrək müşahidələr aparır. Təbii ki, bu missiyanın fəaliyyəti Azərbaycanla razılaşdırılmalı idi. Amma Avropa İttifaqı öz siyasətini ikili standartlar üzərində qurduğundan birtərəfli şəkildə missiyanın sayını və müddətini artırdı.
Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib.
Millət vəkili vurğulayıb ki, müşahidə missiyasının müddəti fevral ayının sonunda bitəcək:
"Buna görə də onlar son günlər aktivlik nümayiş etdirərək müddətlərini uzatmaq üçün özlərinin lazımlı olduğunu nümayiş etdirirlər. Əslində onlar heç kimə lazım deyillər və onların olmasının ancaq ürək bulandırmaqdan başqa bir təsiri, nə də Ermənistana xeyri yoxdur. Sülh müqaviləsinin imzalanması üçün tələblərimizdən biri həm də Aİ-nın müşahidə missiyasının fəaliyyətinin dayandırılmasıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi ağlını başa yığacaq və regiona sülhün gəlməsini əngəlləyən qurumların ləğv olunması üçün qətiyyət nümayiş etdirəcəkdir çünki regiona sülhün gəlişi Ermənistana hamıdan çox lazımdır".
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ