İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Macarıstanın vetosunu dəf etməyin yolunu tapdı

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın hərbi ehtiyaclarına köçürülməsi ilə bağlı Macarıstanın vetosundan yan keçmək üçün boşluq tapıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

“Macarıstan Avropada bloklanan Rusiya fondlarından əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı əvvəlki razılaşmadan imtina etdiyinə görə bu pulun necə istifadə ediləcəyilə bağlı qərarın bir hissəsi olmamalıdır”, - deyə Aİ diplomatiyasının rəhbəri Josep Borrell deyib.

Borrell Macarıstanla razılığa gəlməyə çalışdıqlarına aydınlıq gətirib:

“Rəsmi Brüssel Budapeştin Ukraynanın özünü dəstəkləməsində iştirak etməməsini, lakin digər Aİ ölkələrinin əksəriyyətinin qərarını əngəlləməməyi təklif edib. Viktor Orban hökuməti bununla da razılaşmayıb”.

“Politico” saytının yazdığına görə, hüquqi boşluq macar siyasətçilərini hiddətləndirib.

Məlumata əsasən, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya Yardım Fonduna daxil olan gəlirin birinci tranşı bu gün, iyunun 24-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə açıqlanacaq. İlk transfer 1,4 milyard avro təşkil edəcək.

Avropa İttifaqında Rusiya Bankının 210 milyard avroluq aktivləri dondurulub. Bu aktivlər ildə təxminən 5 milyard avro gəlir gətirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR