İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ insan haqlarını pozanlara qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqı insan hüquqlarını pozan şəxslərə və şirkətlərə qarşı sanksiyaları bir il müddətinə uzadıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Aİ Şurasının yaydığı məlumata görə, bu qara siyahıya xüsusilə Rusiya və İran vətəndaşları daxildir.

“Bu gün Şura insan hüquqlarının ciddi pozuntuları və sui-istifadəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin, təşkilatların və orqanların siyahısının 2025-ci il dekabrın 8-dək daha bir il müddətinə uzadılması və yenilənməsi barədə qərar qəbul edib”, - məlumatda deyilir.

Qara siyahıya Rusiya və İrandan olan 116 nəfər və 33 təşkilat daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR