İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-dən Ukraynaya daha bir tranş - 1,5 milyard avro

Avropa İttifaqı Ukraynaya 1,5 milyard avroluq makromaliyyə yardımının növbəti tranşı ayırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O, Ukraynanın həm 2023-cü ildə, həm də sonrakı illərdə daha çox şey əldə edə biləcəyinə söz verib.

“Biz Ukraynanın dövlətin fəaliyyətini bərpa etmək və saxlamaq səylərini dəstəkləyirik”, - o yazıb.

Bu tranş Aİ-nin Ukraynaya aylıq yardımının bir hissəsidir. Ukrayna ABŞ-dan hər ay analoji məbləğdə vəsait alır.

Bundan əvvəl məlum olub ki, bəzi Aİ ölkələri Ukrayna taxılını qəbul etməkdən imtina etdiyi üçün Polşaya qarşı sanksiyalar tətbiq edə bilər. Polşa hakimiyyəti bildirib ki, Aİ Ukrayna taxılının idxalına qadağa müddətini uzatmasa, o zaman Varşava birtərəfli məhdudiyyətlər tətbiq edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR