İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağzını-burnunu “skoçlayıb” Bakıya gətirmək lazımdır!” – Fuad Abbasovdan SƏRT ÇAĞIRIŞ - VİDEO

“Araik Arutunyan özünü yandırmış birisidir”.

Musavat.com xəbər verir ki, bu gün bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın “Dərin Təhlil” verilişində Misra TV-nin rəhbəri Fuad Abbasov bildirib.

Onun sözlərinə görə, Arutunyan Gəncə cinayəti, Tərtər, Bərdə terroru ilə bağlı məsuliyyəti üzərinə götürüb və deyib ki, əmrləri mən vermişəm: “Baxmayaraq ki, raketlər Ermənistandan gəlirdi. O, üzərinə müharibə cinayətkarı adını yazmış oldu. İnterpola müraciətimizdə Arutunyanın da adı var. Bizim onu dünyanın harasından olursa olsun, gətirib, məhkəməyə çıxarmaq hüququmuz var. Necə ki, Öcalanın ağzını-burnunu “skoç”layıb, gətirmişdilər, Araiki də eləcə gətirməyə haqqımız var. Artıq ömürlük cəza verərik, başqa cəza təyin edərik, öz işimizdir. Bu adam Azərbaycanda anadan olubsa, Azərbaycan respublikasının vətəndaşı sayılır. Necə ki, Köçəryan, Sarkisyan. Onlar da Qarabağda doğulduqları üçün Azərbaycan vətəndaşı sayılırdıılar. Eynilə onları da beynəlxalq axtarışa verib, məsuliyyətə cəlb edə bilərik. Ondan sonra nəinki 20 il, 20 gün də heç bir erməni status kvodan danışa bilməz”.

F.Abbasov bildirib ki, bu məsələdə dünyanın bizim haqqımızda nə düşünməsinin önəmi yoxdur: “Vaxtilə Öcalanı tutduğu üçün Türkiyə haqqında nə düşünürdülərsə, hələ də eyni şeyi düşünməyə davam edirlər. Avropa Birliyi, Amerika kürd probleminə görə bir çox məsələlərə görə Türkiyəyə təzyiq göstərsə də, Türkiyə öz dediyində dayanıb. Türkiyənin torpaq bütünlüyü, suverenliyi hər şeydən üstündür”.

Hal-hazırda canlı yayımlanan verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR