İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağlaya-ağlaya silahımı yerə qoydum” - Erməni separatçı

İlk yayın vaxtı 13 oktyabr, 22:24

“Bizi silahları yer qoymağa məcbur etdilər. Dedilər ki, silahı yerə qoymasanız, öldürəcəyik”.

Musavat.com Ordu.az-a istinadən xəbər verir ki, bunu ləğv edilən qanunsuz “hərbi birləşmənin üzvü” Karen Hambardzumyan deyib.

O qeyd edib ki, ağlaya-ağlaya silahımı yerə qoyub.

“Ağlaya-ağlaya silahımı yerə qoydum. Elə bir vəziyyət idi ki, kimsə əmrə qarşı olsaydı, öldürəcəkdilər. Xocavənddə mühasirədə idik, çıxmaq mümkün deyildi. Ruslar gəlib bizi blokadadan çıxardılar. Onlar bütün postları tərksilah etdilər, hamımızı toplayıb çıxardılar. Mən artıq bu satqınlardan hər şeyə inanıram. Hesab edirəm ki, Qarabağın itirilməsi daxili düşmənin xəyanətinin nəticəsidir”, - deyə Hambardzumyan qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR