İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır döyüşlər hələ qarşıdadır - Ukrayna ilə bağlı şok proqnoz

Rusiya qoşunları Ukraynanın işğal olunmuş qalan ərazilərini tərk etmək fikrində deyil, ağır döyüşlər gedir.

Belə bir proqnozla Pentaqonun yüksək rütbəli rəsmisi brifinqdə çıxış edib.

“Bizim hesablamalarımıza görə, rus qoşunları çayın şərq sahilinə doğru irəliləyərək müdafiə xətləri yaradıblar və bununla da ərazinin əhəmiyyətli hissəsini, o cümlədən Xerson şəhərini ukraynalılara veriblər. Ancaq ağır döyüşlər hələ qarşıdadır, lakin Xerson şəhərinin azad edilməsi mühüm nailiyyətdir və Ukrayna xalqının dözümlülüyünün, qətiyyətinin və əzmkarlığının sübutudur”,- qeyd edilir. /Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR