İnsanlara hürriyət, millətlərə istiqlal!

Agentlikdən əlillik təyinatından narazı olan şəxslə bağlı AÇIQLAMA

Cəlilabad rayon sakini Nuriyev Faba Ovezoviç oğlu bu ilin sentyabr ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunaraq ona təkrarən əlillik təyin edilib. Müayinənin nəticələrinə əsasən ona orqanizmin funksiyalarının 50 faiz pozulması üzrə əlillik təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi rəsmisi Tural Qurbanov məlumat yayıb.

"F.Nuriyev əvvəllərdə olduğu kimi bu dəfə də onunla bağlı əlillik təyinatının düzgün aparılmadığı barədə əsassız fikirlər bildirir, qeyri-etik, təhqiramiz ifadələrə yol verir",-deyə T. Qurbanov bildirib.

O daha sonra qeyd edib ki, Əvvəlki vaxtlarda da F.Nuriyev dəfələrlə qanunvericilik izah edilməsinə baxmayaraq, bu cür davranışlar göstərib. Bu gün də o, nazirliyə gələrək eyni tələb irəli sürüb, qeyri-etik hərəkətlər edərək, böhtan və təhqiramiz ifadələr səsləndirib.

F.Nuriyevə bir daha qanunvericilik izah olunub, ona daha ağır dərəcəli əlillik təyinatı aparılmasının qanunauyğun olmadığı bildirilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR