Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə Nazirliyinin yaydığı son məlumatda bildirib ki, sülhməramlılar Həkəri körpüsü yaxınlığında nəzarət-buraxılış məntəqəsinin quraşdırılması mövzusunda Azərbaycan tərəfi ilə danışıqlar aparır.
Musavat.com-un məlumatına görə, Rusiya MN ardınca əlavə edib ki, sülhməramlılar Qarabağda atəşkəs rejiminin pozulduğunu qeydə alıblar.
Məlumat bülletenində iddia olunub ki, Azərbaycan tərəfinin “birtərəfli və razılaşdırılmamış hərəkətləri nəticəsində Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti dayandırılıb”.
Bildirilir ki, atəşkəs rejiminin pozulması faktı Ağdərə (Rusiya MN bu dəfə də “martakert” yazıb-M.) ərazisində qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Komandanlıq məsələni araşdırır.
Musavat.com
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ