İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdaşa toya gedən Qobustan sakini öldürülüb

Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.

İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi davaya çevrilib.

Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir. Qeyd edək ki dünyasını dəyişən İlkin İsgəndərli ailəli olub və onun bir övladı var. 

Screenshot_1.png (566 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR