İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrih qanunsuz dövriyyəsində şübhəli bilinən Mirağa Süleymanov saxlanılıb.

Musavat.com DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin şəxs marixuananı tanışı Bəhruz Məmmədovdan aldığını bildirib. Davam etdirilən tədbirlərlə B.Məmmədov da saxlanılıb. Onun yaşadığı ünvandan çətənə bitkiləri və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR