İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə 17 yaşlı oğlan “Tik-Tok”da tanış olduğu qızı evinə gətirdi və... – ŞOK

Ağcabədi rayonunda 2007-ci il təvəllüdlü Muxtar yetkinlik yaşına çatmayan Gülnarəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Muxtar 2023-cü ilin avqust-sentyabr aylarında “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu 2009-cu il təvəllüdlü Gülnarə ilə cinsi əlaqədə olmaq qərarına gəlib.

Muxtar Gülnarə ilə dekabrın 8-də, saat 11 radələrində Sumqayıt şosesinin 3-cü kilometrliyində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksində görüşüb.

Daha sonra həmin niyyətini həyata keçirmək məqsədi ilə Gülnarəni rayonlararası avtobus vasitəsi ilə özünün yaşadığı Ağcabədi rayonununun kəndində yerləşən fərdi yaşayış evinə gətirib. O, həmin gün saat 17 radələrində evin qonaq otağında olan divanda onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Muxtarın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2023-cü ilin təxminən avqust-sentyabr aylarında “Tik-Tok” sosial şəbəkəsində Gülnarə ilə tanış olub və sonradan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə 3-4 ay yazışıblar: “Dekabrın 6-da Gülnarə ilə yazışarkən ailə qurmaq məqsədi ilə onu qaçırmaq istədiyimi dedim. Gülnarə də mənimlə razılaşdı. Dekabrın 8-də Gülnarə Quba rayonundan Bakı şəhərinə gəldi. Mən də Ağcabədi rayonundan Bakı şəhərinə gəldim. Biz həmin gün saat 11:30-da avtovağzalda görüşərək birlikdə yaşadığım Ağcabədi rayonunun kəndindəki evimizə gəldik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt evdə heç kim olmayıb və Gülnarə ilə evin qonaq otağındakı divanda öz razılığı ilə cinsi əlaqədə olublar: “Bundan təxminən yarım saat sonra anam evə gəldi. Anamı Gülnarə ilə tanış etdim. Anama Gülnarəni ailə həyatı qurmaq məqsədi ilə qaçırdığımı dedim. Bundan sonra anam Gülnarənin valideyinləri ilə əlaqə saxladı və Gülnarənin bizdə olması barədə məlumat verdi. Gülnarənin valideynləri bizə gəldi. Anam ilə Gülnarənin valideyinləri razılığa gəldilər ki, mən hərbi xidmətə gedib-qayıtdıqdan sonra ailə həyatı quraq. Valideyinləri Gülnarəni Quba rayonuna apardılar. Mən Gülnarə ilk dəfə cinsi əlaqədə olarkən onun 16 yaşının tamam olmamasını bilsəm də, bu hərəkəti ailə qurmaq məqsədi ilə etmişəm. Hazırda Gülnarə ilə nişanlıyam. Gələcəkdə onunla ailə həyatı quracağıq. Mənim Gülnarə ilə ailə həyatı qurmağıma valideynlərim də razıdır”.

Təqsirləndirilən şəxs bildirib ki, hazırda törətdiyi əmələ görə peşman olub və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verib. O, məhkəmədən ona köməklik olunmasını xahiş edib.

İş üzrə zərərçəkmiş Gülnarənin sözlərinə görə, 2023-cü ilin avqust-sentyabr aylarında “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə Muxtar ilə tanış olublar və sonradan onlar “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə yazışıblar: “Dekabrın 6-da Muxtar mənə təklif etdi ki, Bakıya gəlim, ailə həyatı qurmaq məqsədi ilə məni qaçırsın. Mən də Muxtarla razılaşdım. Dekabrın 8-də Bakı şəhərinə gəldim. Biz Bakı şəhərində avtovağzalda görüşdük. Oradan da Muxtarın yaşadığı Ağcabədiyə getdik. Həmin vaxt evdə heç kim yox idi. Mən ailə qurmaq məqsədi ilə və öz razılığım ilə Muxtarla cinsi əlaqədə olmuşam. Ona qarşı şikayətim yoxdur”.

İş üzrə şahid qismində ifadə verən Gülnarənin anasının sözlərinə görə, dekabrın 8-də, səhər saatlarında qızının evdə olmadığını görüb: “Gülnarəni axtarmağa başladım. Qızımın evdən getməsi ilə bağlı Quba Rayon Polis Şöbəsinə müraciət etdik. Həmin gün saat 18 radələrində Səidə adlı qadın bizimlə telefon əlaqəsi saxlayaraq Gülnarənin onlarda, yəni Ağcabədi rayonunun kəndində olmasını bildirdi. Mən həyat yoldaşım və qaynımın yoldaşı ilə birlikdə Ağcabədi rayonuna gəldik. Həmin vaxt mənə məlum oldu ki, qızım ailə həyatı qurmaq məqsədi ilə Muxtara qoşularaq qaçıb. Həmçinin Gülnarə də Muxtarla ailə qurmaq istədiyini dedi. Biz Gülnarəni də götürərək Quba rayonuna qayıtdıq. Gülnarə Muxtarla cinsi əlaqədə olduğunu bizə dedi. Qızım Muxtarla nişanlıdır. Razılaşmaya əsasən Gülnarənin 18 yaşı tamam olandan sonra Muxtarla ailə həyatı quracaq”.

Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muxtarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR