İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən SON DƏQİQƏ açıqlaması: İsveç bu tarixdə....

 

İsveç martın 7-də rəsmi olaraq NATO-ya üzv olacaq.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Martın 5-də Macarıstan prezidenti Tamaş Szuyok İsveçin NATO-ya daxil olması ilə bağlı qərarını ratifikasiya edib.

Beləliklə, Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi oldu. “TV4” kanalı dəqiqləşdirib ki, Stokholm rəsmi olaraq martın 11-də alyansa üzv ola bilər.

Fevralın sonunda Macarıstan parlamenti İsveçin ərizəsini ratifikasiya edib və bundan sonra Almaniya kansleri Olaf Şolz bildirib ki, bu, hərbi bloka daxil olan ölkələrin ümumi qələbəsidir.

Həmçinin martın 7-də “Financial Times” qəzeti alyansla Rusiya arasında münaqişə yaranacağı təqdirdə İsveçin NATO-nun logistika mərkəzinə çevrilə biləcəyini yazıb.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət etmişdilər, lakin onların üzvlüyünün ratifikasiyası gecikmişdi. 4 aprel 2023-cü ildə bloka rəsmi olaraq yalnız Helsinki qoşuldu. Macarıstanla yanaşı İsveç də Türkiyədən ərizəsinin təsdiqini uzun müddət gözləyirdi. Ölkə parlamenti 23 yanvar 2024-cü ildə krallığın NATO üzvlüyünü ratifikasiya etmək üçün səs verdi.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR