İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Maskın Kiyevlə bağlı “sülh” planını şərh edib

Ukraynaya bağlı olan heç nə Kiyevsiz müzakirə olunmayacaq.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məşhur amerikalı iş adamı İlon Maskın Ukraynaya dair son fikirlərini şərh edərkən deyib.

Hər hansı diplomatiya və ya bu barədə danışıqlara gəldikdə, bu, onların qərarıdır. Ona görə də mən bunu Ukrayna xalqının ixtiyarına buraxıram. Ancaq bilirsiniz, biz əmin etməyə çalışırıq ki, ukraynalılar öz mövqeləri, suverenliyi üçün mübarizə apararkən onların yanında olacağıq. Və bu suverenlik, azadlıq, demokratiya ilə bağlı qərarlar onlarla birlikdə veriləcək", - Ağ Evin mətbuat katibi qeyd edib.

Xatırladaq ki, Mask Kiyevin Rusiya ilə müharibəyə son qoymaq üçün işğal olunmuş Krımdan imtina etməyi və bitərəf olmağı tövsiyə edən "sülh" planı irəli sürüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR