Onlayn ictimai-siyasi qəzet
ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra amerikalılar regionda kəşfiyyat məlumatlarının çatışmazlığı ilə üzləşiblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası Əfqanıstanda artan cihad təhlükəsinə qarşı çıxmaq üçün “Taliban”la yaxınlaşma ideyasını müzakirə edir. Rəsmilər hesab edir ki, taliblərin rəqib qrupu olan “Xorasan vilayəti” qruplaşmasının ciddi nəzarətə ehtiyacı var, lakin 2021-ci ildə xarici qoşunların çıxarılmasından sonra Vaşinqton Əfqanıstan arenasında kəşfiyyat imkanlarını itirib.
Mənbələr NBC News-a bildiriblər ki, Bayden administrasiyası “Taliban”la əməkdaşlığa hazırdır. Onların sözlərinə görə, Ağ Ev Kabildəki faktiki hakimiyyət orqanları ilə kəşfiyyat məlumatlarının mübadiləsinin qurulmasının əleyhinə deyil.
Bir rəsmi şəxs NBC News-a deyib: “Talibanla daha çox işləməyə cəhd edib-etməmək barədə daxili müzakirələr var”. Bu məlumatlara görə, bəzi ABŞ rəsmiləri təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığı təmin etmək üçün hətta Kabildəki səfirliyin bərpasını müdafiə edirlər. Konqres üzvləri planı ümumi şəkildə dəstəkləyirlər, lakin vurğulayırlar ki, Vaşinqton bunun müqabilində Əfqanıstan hökumətindən ciddi güzəştlər, o cümlədən əfqan qadınlarının hüquqlarının müdafiəsini tələb etməli olacaq.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ