İnsanlara hürriyət, millətlərə istiqlal!

Afinada saxlanılan Emin Mirzəyev bəraət aldı - Foto

22 iyul 2023-cü il tarixdə terrorçuluqda ittiham edilərək Yunanıstanda saxlanılan və sonra azadlığa buraxılan Emin Mirzəyev bəraət alıb.

İsveç məhkəməsi E.Mirzəyev səhvən axtarışa verildiyini və anlaşılmazlıq nəticəsində saxlanıldığını etiraf edib.

Xatırladaq ki, İsveç vətəndaşı olan E.Mirzəyev Yunanıstanın paytaxtı Afina şəhərinin beynəlxalq hava limanında İstanbula uçarkən saxlanılmışdı.

O, partlayıcı və tezalışan maddələrdən istifadə etməklə özgənin əmlakına və sağlamlığına zərər vurmaqda ittiham olunurdu. Qeyd olunurdu ki, guya E.Mirzəyev yanğın törətmək və sakinlərə xəsarət yetirmək məqsədi ilə digər şəxslərə partlayıcı maddələri yaşayış binasına atmağı tapşırıb.

E.Mirzəyev isə yunan vəkili vasitəsilə bütün ittihamları rədd edirdi.//Xəzərnews.az 

emin1.jpg (54 KB)

emin2.jpg (72 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR