Onlayn ictimai-siyasi qəzet
AFFA İntizam Komitəsi II Liqa klublarını cərimələyib.
Buna XXXIII turun qarşılaşmalarında qeydə alınan qayda pozuntuları səbəb olub.
“Şəmkir” – “Göygöl” (3:0) oyununun 78-ci dəqiqəsində qonaq komandanın futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Klub buna görə 300 manat cərimə edilib. Futbolçu üçün 3 ay sınaq müddəti təyin edilib.
“Sheki City” – “Cəbrayıl” matçının (1:3) 63-cü dəqiqəsində meydan sahiblərindən Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komandası 300 manat cərimələnib. Bu görüşün 64-cü dəqiqəsində azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sheki City” klubu 100 manat cərimə ödəməli olacaq.
“Şahdağ Qusar” – “Füzuli” görüşü (3:3) bitdikdən sonra qonaqların futbolçusu Əziz Hüseynov rəqibi təpiklə vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Füzuli” klubu isə 300 manat cərimələnib.//Report
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ