İnsanlara hürriyət, millətlərə istiqlal!

Afət Fərmanqızının əri GÖRÜN KİMDİR? - VİDEO

Müğənni Afət Fərmanqızı həyat yoldaşı haqqında bilinməyənləri açıqlayıb.

Musavat.com xəbər verir ki, Zaur Kamal tanınmış müğənninin evində qonaq olub. O, tanınmış ifaçıya həyat yoldaşı haqda bir neçə sual ünvanlayıb. A.Fərmanqızı isə sualları belə cavablandırıb:

“İndi gələ bilmədi, keçən dəfə burada idi. Uşaqların imtahanları başlayır deyə qalmalı oldu. 3 uşağı var. Məndən əvvəl o da evli olub. Keçən dəfə də dedim. Yoldaşım deyir ki, hər şeyi açıb niyə danışırsan? Bir də deyim. Məndən əvvəl 2 dəfə evli olub. Atalar üçə qədər deyib. Adı Mameddir”.

Aparıcı müğənniyə rəsmi nikah barədə də sual verib. İfaçı isə cavabında nikah sənədinin şəklinin telefonda olduğunu və göstərə biləcəyini deyib. O, ərinin Gürcüstan azərbaycanlısı olduğunu da vurğulayıb.

“Gürcüstanlıların qadasını alım. Yoldaşım Kəpənəkçidən, mərhum şairimiz Zəlimxan Yaqubun kəndindəndir”. (Yenisabah.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR