Onlayn ictimai-siyasi qəzet
Hər zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Afaq Aslan uzun sürən fasilədən sonra ortaya çıxıb.
O, iş qadını kimi fəaliyyət göstərdiyini bildirib.
Sosial şəbəkədə izləyicilərin suallarına cavab verən Afaq Dubayda yaşadığını və bizneslə məşğul olduğunu deyib.
“Dubayda öz brendimi yaratmışam. Küveyt, Bəhreyn, Mərakeş və Qətərin zəngin xanımları mənim brendimin geyimlərinə üstünlük verirlər. Amma Azərbaycan şou-biznesində yerim görünür. Çünki yeri dolmayanlardanam. Mənim kimisi olmayacaq" - deyə o bildirib.//Lent.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ