Onlayn ictimai-siyasi qəzet
Dubay-Moskva reysi ilə uçan "Aeroflot" təyyarəsi sərnişinlərdən birinin salonda dava salması səbəbindən Bakıda təcili eniş edib. Hadisəyə səbəb sərnişin Roman Paxomovun qeyri-adi davranışları olub.
Bununla bağlı görüntülər yayılıb.
Sərnişinlərin sözlərinə görə, Paxomov təyyarəyə daxil olarkən sakit və ayıq olub. Lakin uçuş zamanı özü ilə gizlədiyi spirtli içkini içdikdən sonra aqressivləşib. O, qışqırmağa, sərnişinləri və ekipaj üzvlərini təhqir etməyə başlayıb. Onu sakitləşdirmək üçün tədbirlər görülsə də, sərnişin qandalı və yapışqan lenti qıraraq pəncərəni sındırmağa cəhd edib.
Bu vəziyyət kapitanı təyyarəni Bakıda təcili endirmək qərarına gətirib. "Boinq 777" təyyarəsi eniş etdikdən sonra Paxomov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.
Sərnişin ayılandan sonra etdiyi hərəkətləri xatırlamadığını deyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan bundan öncə sərnişinlərdən birinin qeyri-etik davranışına görə təyyarənin məcburi eniş etdiyini təsdiqləmişdi. (Axar.az)
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ