İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyevdən AÇIQLAMA: "Nə tikinti, nə də başqa bir biznesim var"

Milli Məclisin sədr müavini Adil Əliyev son günlər mətbuatda adının tikinti şirkətlərindən biri ilə hallanmasından danışıb. O, bununla bağlı açıqlama verib.

Musavat.com həmin açıqlamanı təqdim edir:

"Əziz dostlar, bildiyiniz kimi, Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün hazırda Mərakeş Krallığında rəsmi səfərdəyəm. Təəssüf ki, kimlərsə məni məqsədyönlü şəkildə tikinti şirkəti ilə əlaqələndirməyə cəhd edirlər. Hər kəs bilir ki, mənim nə tikinti, nə də başqa bir biznesim var. Bu gün köməkçilərim tərəfindən sözügedən ünvan ziyarət edilib və vətəndaşla söhbət aparılıb. Vətəndaş videomüraciətində adımı yanlışlıqla çəkməsini və müraciətinin qarşılaşdığı haqsızlıqla bağlı olduğunu bildirib. Vətəndaşların müraciətləri qeydiyyata götürülüb və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti addımlar atılır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR