İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Xankəndi şəhəri növbəti möhtəşəm tədbirə evsahibliyi etdi”

Xankəndi şəhəri dünən növbəti bir tarixi hadisəyə şahidlik etdi. 3 ay bundan əvvəl işğaldan azad edilmiş Xankəndi şəhərinin mərkəzində 8 Noyabr tarixində rəşadətli Azərbaycan Ordusu tərəfindən möhtəşəm Zəfər paradı keçirilmişdir. Məhz qalib Azərbaycan Ordusunun ərazi bütövlüyünün bərpası və suverenliyinin bərqərar olunmasının əyani təcəssümü olan parad ölkəmizin qüdrətini bir daha dünyaya nümayiş etdirdi.

Dünən gözlər təkrarən Xankəndi şəhərində idi. Müxtəlif şəhər və rayonlarımızdan vətəndaşlarımız Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən futbol matçının izləmək məqsədilə Xankəndi şəhərində idilər. Stadionunda izdiham yaşanırdı və son on illiklər ərzində ilk dəfə olaraq bu şəhərdə bu qədər sərbəst və təhlükəsiz hiss edirdik.

MUSAVAT.jpg (353 KB)

Təbii ki, bu sıradan bir futbol oyunu deyildi, məhz tədbiri daha da möhtəşəm edən nüanslardan birincisi açılış oyununda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirak etməsi idi. Dövlət başçısı Birinci Vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Qarabağa səfər etmiş və səfər zamanı Xankəndi stadionunda keçirilən futbol oyununda iştirak edirdilər. Hər zaman olduğu kimi bu dəfə də şəhid ailələri və qazilərimiz dövlət başçısının diqqətindən kənarda qalmamışdı. Məhz şəhid övladlarının Prezidentlə və Birinci xanımla birlikdə oturması, səmimi söhbətləri, isti münasibətləri matçı daha da möhtəşəm edirdi.

PREZİDENT XANKENDİ.jpg (31 KB)

Qəhrəmalarımız Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Zəfər yüşürünü uğurla tamamlayıb bizə tarixi Qələbə bəxş etdilər. Bu ilin 19-20 sentyabr tarixlərində keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli ordumuz düşməni məğlub edərək, ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar etdi. Bu gün şanlı bayrağımızın işğaldan azad olunmuş ərazilərdə böyük məğrurluqla dalğalanması hər bir azərbaycanlının qürurudur.

Dünən keçirilən futbol yarışında məhz dövlət başçısının çıxışında Qarabağ–Ordu-Xalq birliyinin Zəfərimizin sütununu təşkil etməsini təkrarən qeyd etdi. Tarixi Qələbəmiz xalqımızın dövlət başçısının ətrafındakı sıx birliyinin, Prezidentin qətiyyətinin və müdrik siyasətinin, ordumuzun şücaəti hesabına tarixi torpaqlarımız düşmən işğalından azad olundu.

Nəticə etibarı ilə futbol matçının Xankəndi şəhər stadionunda keçirilməsi bir neçə mühüm əlamətdar hadisəni özündə birləşdirir.

Birincisi, Xankəndi şəhəri qədim yurdumuzdur və şəhərin əsası da məhz Qarabağ xanı tərəfindən qoyulub. Ölkəmizin vəsaiti və imkanları hesabına şəhər salınıb.

İkincisi, son 30 ildə şəhər erməni separatizminin mərkəzi olmuş və yaradılmış qondarma rejim bu şəhərdə fəaliyyət göstərib. Bu ilin 19 sentyabrında keçirilmiş antiterror tədbirləri ilə qondarma rejim birdəfəlik ləğv olundu, əlləri həmyerlilərimizin qanına batmış rejimin başçıları hazırda hüquq-mühafizə orqanlarımız qarşısında cavab verirlər.

Üçünçüsü, Xankəndi şəhəri stadionunda cəmi 4 il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə bu gün həmin stadionda ölkəmizin futbol oyununu təşkil etməsi Azərbaycanın verdiyi ən təsirli mesaj idi. Stadion vaxtilə özündə seperatçı rejimin simvollarını daşıyıb, simvollarda rejimlə birlikdə tarixin ən qaranlıq səhifələrinə qovuşub. Stadion 2 ay kimi qısa müddət ərzində təmir olunaraq, istifadəyə verildi və möhtəşəm tədbirlərə evsahibliyi etməyə başladı.

Xankəndi şəhərində keçirilən futbol matçı Azərbaycanın gücünün nümayişi ilə bərabər, həm də ölkəmizin dünyada idman ölkəsi olaraq tanındığını bir daha nümayiş etdirdi.

Təbii ki də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” stadionunun yenidən inşa olunması bütün idman ictimaiyyətini sevindirdi.

Uzun illər sonra Azərbaycan xalqı öz yurdlarına geri dönürlər, “Böyük Qayıdış” konsepsiyası ilə Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Şanlı Azərbaycan bayrağı Vətən göylərində hər zaman böyük məğrurluqla dalğalanacaq.

Adil Əliyev, vitse-spiker

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR