İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev növbəti dəfə vətəndaşları dinlədi

29 may tarixində Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq, növbəti dəfə Milli Məclisdə qəbul keçirib.

Musavat.com xəbər verir ki, şəhid ailələri, qazilər olmaqla, ümumilikdə müraciət etmiş 36 nəfər vətəndaşı dinləyən vitse-spiker qaldırdılmış sosial, təhsil, mənzil şəraitinin yaxşılaşdırılması kimi müraciətlərin bir qismini yerindəcə həll edib.

Paytaxt Bakı ilə yanaşı ayrı-ayrı rayon və şəhərlərdən qəbula gəlmiş vətəndaşların araşdırılması vaxt tələb edən müraciətləri Sədr müavini tərəfindən aidiyyəti üzrə qeydiyyata götürülməklə, müraciətlərin həlli məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu məktubları hazırlanıb. Habelə qəbulda iştirak edən vətəndaşlara mövcud qanunvericiliyin tələbləri barədə geniş hüquqi izahlar verilib.

Adil Əliyev bir daha diqqətə çatdırıb ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması və müraciətlərin qısa müddətdə həll olunması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, ünvanına daxil olan bütün müraciətlər tam, hərtərəfli araşdırılmaqla qanunvericiliyə uyğun olaraq addımlar atılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR