İnsanlara hürriyət, millətlərə istiqlal!

Adamyeyənlikdə ittiham olunan Hollivud aktyoru müflis olduğunu etiraf edib

Adamyeyənlikdə ittiham olunan Hollivud aktyoru Armi Hammer müflis olduğunu etiraf edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə “Club Random Podcast”da danışıb.

Neft maqnatı Armand Hammerin nəvəsi adamyeyənlik və zorakılıq iddiaları fonunda gəlirlərini itirdiyini bildirib. “Mən belə qənaətə gəldim ki, pulsuz nahar yoxdur. Kimsə mənə baxıb deyə bilər ki, sən maddi cəhətdən həyatında heç vaxt olmadığın, tamam başqa yerdəsən'', - deyə o, paylaşım edib.

Sənətçi “cəhənnəmdən keçdim” deyərək, özünü məhv etdiyini və narkotik maddələrdən istifadə etdiyini yazıb. Ancaq Hammer bildirib ki, reabilitasiyadan sonra özünü xoşbəxt hiss edib və pula daha rahat münasibət bəsləməyə başlayıb.

2021-ci ilin yanvar ayında sosial şəbəkələrdə Hammerin məşuqələri ilə yazışmalarının skrinşotları peyda olub. Sənətçi bu yazışmalarda özünü 100% adamyeyən adlandırdı və partnyorunu yemək, qanını içmək və döyünən ürəyini əlində tutmaq istədiyini bildirib. Daha sonra onun daha bir neçə keçmiş sevgilisi "Məni adınla çağır" və "U.N.C.L.E.-dən olan adam" filmlərinin ulduzunu manipulyasiya və uyğun olmayan davranışlarda ittiham ediblər.

2023-cü ilin yayında isə Hammer cinsi təcavüz ittihamlarına görə bəraət alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR