Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, dünya əhalisi 2024-cü ildə artaraq, tarixi rekorda çatıb.
Belə ki, ABŞ-ın Əhali Sayımı Bürosunun son gün yaydığı məlumata görə, Yer əhalisi 71 milyon nəfər artaraq 2025-ci ilin yanvarına 8,09 milyard insan sayı ilə daxil olub.
Bu artım tempi 2023-cü illə müqayisədə bir qədər yavaşlayıb. 2023-cü ildə əhali artımı 75 milyon nəfər təşkil etmişdi. Buna baxmayaraq, dünya əhalisi hər saniyə heyrətamiz şəkildə böyüməyə davam edir. Statistika göstərir ki, 2025-ci ilin əvvəlində hər saniyə 4,2 körpə dünyaya gələcək və 2 nəfər həyatını itirəcək.
Bu sürətli artım bəşəriyyətin gələcəyi üçün yeni çağırışlar yaradır – resursların bölüşdürülməsi, qlobal istiləşmə ilə mübarizə və iqtisadi bərabərsizlik daha da aktual məsələlərə çevrilir.
Mənbə: Associated Press
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ