İnsanlara hürriyət, millətlərə istiqlal!

Abxaziyada məktəb və bağçalar bağlanır - Rusiyanın şərti açıqlandı

Abxaziyanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba sosial ödənişlərin bərpa olunması xahişi ilə Rusiya hökumətinə müraciət edib.

Musavat.com xəbər verir ki, o, bu barədə enerji təhlükəsizliyinin təmin edilməsi üzrə qərargahın iclası zamanı bildirib.

O, Rusiya hökumətindən sentyabrın 1-dən müəllim və həkimlər üçün dayandırılan sosial ödənişlərin bərpa olunmasını xahiş etdiyini açıqlayıb: “Əks halda dövlət işçilərinin maaşları üçün pul tapmaq bizim üçün çətin olacaq. Biz noyabr üçün onlara maaş ödəməmişik”.

Bu gün həmçinin Abxaziyada məktəb və bağçalarda tədris dayandırılıb. Bunun enerji çatışmazlığı ilə bağlı olduğu elan edilib, tədrisin nə zaman bərpa olunacağına dair məlumat verilməyib.

Qeyd edək ki, Rusiya Suxumidən Abxaziyadakı varlığını üstün hüquqlarla təsbit edən bir sıra sənədlərin ratifikasiya olunmasını tələb edir. Xalq və müxalifətin təzyiqi ilə noyabrda Rusiyayönümlü hökumət iş başından uzaqlaşdırılıb.

Konstantin Zatulin - Wikipedia

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Lenta.ru-ya bildirib ki, Abxaziyada sosial ödənişlər bir şərtlə bərpa oluna bilər: Rusiyanın təklif etdiyi bütün sənədlər qəbul edilsin: “Əgər siz əvvəllər bağlanmış, danışıqların və hər şeyin bəhrəsi olan müqavilələrdən imtina edirsinizsə, Rusiya vətəndaşlarının Abxaziyada Abxaziya vətəndaşlarının Rusiyada sahib olduqları hüquqlara malik olmamasında təkid edirsinizsə və bunu prinsipial məsələ hesab edirsinizsə, Rusiyadan Abxaziyaya insanların axınından qorxursunuz, o zaman bizdən təmənnasız yardım gözləməyə nə əsasınız var”?

Zatulin deyib ki, ölkə müxalifəti bir neçə ildir ki, Pitsundadakı dövlət malikanəsində Rusiyanın daimi mövcudluğu faktının qanuniləşdirilməsi mövzusunda spekulyasiyalar aparır: “Müxalifət bu kartı “bir qarış torpağımızdan da əl çəkməyəcəyik” şüarı ilə oynadı. Bu, dünən deyil, srağagün deyil, iki-üç il əvvəl baş verib. İndi pul istəyənlərdən kimsə buna görə məsuliyyət daşıyacaqmı? Bunu edənləri cəzalandırın və onları Rusiya ilə münasibətlərdə spekulyasiya etməkdən çəkindirin. Sonra söhbətə qayıtmaq üçün hər cür səbəb olacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR