İnsanlara hürriyət, millətlərə istiqlal!

Abutalıb Səmədov: “Partiya sədrlərinin hamısı 90-cı illərdə siyasətə gələnlərdir”

“Azərbaycanda hakimiyyətə gəlməyə qadir neçə partiya var? Demək olar ki, YAP-dan başqa heç biri. Bu mənzərə sizi qane edirmi? Azərbaycan vətəndaşından soruşsan ki, neçə siyasətçi var, 5-nin, ən uzağı 10-nun adını çəkəcək. Biz elə etməliyik ki, Azərbaycanda 3-4 siyasi partiya olsun”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov parlamentdəki dinləmələrdə çıxışı zamanı deyib.

O qeyd edib ki, insanların siyasətə maraqlı olan hissəsinin siyasi partiyalara gəlişinə çalışmaq lazımdır: “Ağasif Şakiroğlu və Tural Abbaslıdan başqa yeni kim gəlib partiya rəhbərliyinə? Demək olar ki, partiya sədrlərinin hamısı 90-cı illərdə siyasətə gələnlərdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR