İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda vətəndaş qəbulları davam etdirilir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbullarının keçirilməsi davam etdirilir.

Musavat.com xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhərində, Məmmədli kəndi və Ceyranbatan qəsəbəsində keçirilən səyyar qəbullarda RİH-nin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər. 

Görüşlərdə Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan qələbədən, işğaldan azad olunan torpaqlarımızda həyata həyata keçirilən quruculuq işlərindən danışmış və Qarabağa həyatın yenidən qayıtdığını bildirib.

Abşeron rayonunun kənd və qəsəbələrinin mövcud problemlərinin dərindən araşdırıldığını, onların həlli istiqamətində layihələrin və təkliflərin hazırlandığını və artıq müvafiq addımların atıldığını vurğulayan RİH başçısı rayonda həyata keçirilən quruculuq-abadlıq işləri barəsində ətraflı məlumat verib.

Sonra çıxış edən sakinlər məişət tullantılarını daşıyan texnikaların sayının artırılmasında, kənd və qəsəbələrdə daxili küçələrin işıqlandırılmasında, məktəb və bağçalarda olan sıxlığın aradan qaldırılması üçün yeni korpusların tikilməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR