İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda işdən çıxarılan baş həkim Bakıya təyinat aldı - FOTO

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına yeni baş həkim təyin olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə həkim-nevropatoloq Adilə Ukalayeva təyinat alıb.

O, bu vəzifədə həkim Aybəniz Hacıyevanı əvəzləyib.

Qeyd edək ki, A.Ukalayeva uzun illər Abşeron Rayon Uşaq Poliklinikasının baş həkimi vəzifəsində çalışıb. Məlumata görə, onun əvvəlki vəzifədən çıxarılmasına səbəb fəaliyyəti ilə bağlı narazılıqlar olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR